Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Demokratik Gənclər” İctimai Birliyinin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan - 6.3.7. müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması; bəndini icra etmək üçün "Peşələri məsafədən seçək”! distant məlumat məsləhət xidmətinin inkişaf etdirilməsi” layihəsinin ilk təlimi 01.08.2014-cü il tarixdə Şəki şəhərində 11 saylı tam orta məktəbdə keçirdi. "Demokratik Gənclər” İctiami Birliyinin sədri Ramil Süleymanov çıxış edərək, bu layihə və onun böyük əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Tədbirdə tələbələr, gən müəllimlər və Gənclər Təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbir zamanı iştirakçılara Düzgün Peşə seçimi, Ugur qazanma, İş görüşməsi, PR və sairə mövzularda ətraflı məlumat verildi.