2 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 14:00-dək Sabunçu və 16.00-dək Abşeron rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Fasilələrin yaranması qaz nəqli sistemindəki ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədardır.