"Ağ Yol” Vətəndaş
Hərəkatının Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması və insan təlafatına
səbəb olan hərəkəti ilə bağlı bəyanat yayıb.
Mia.az-a
daxil olan bəyanatda "Ağ Yol” Vətəndaş Hərəkatı Ermənistanın atəşkəs rejimini
pozaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürməsinı və bununla bərabər
sülh prosesini pozmasını şiddətlə qınayır:
"Ermənistanın
bu vəhşiliyi fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin bayağı çağırışı bizi
daha da təəssüfləndirir.
Ermənistanın
işğalçı hərəkətini pisləmək əvəzinə, onlar ənənələrinə sadiq qalaraq, yenə də
status-kvo barədə danışırlar.
Bu gün Azərbaycan anaları və bacıları gözüyaşlı qalır, cavan Azərbaycan əsgərləri yaşamını itirir. Milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünləri Azərbaycan hakimiyyətindən və Prezidentindən qətiyyətli addım gözləyir, müharibənin bağlanmasını və ermənilərin doğma yurd və yuvalarından qovulmasını tələb edir. Bütün bu daxili təzyiqlərə baxmayaraq Azərbaycan Prezidenti və xalqı sülh prosesinə sadiqlik nümayiş etdirib, ermənilərə geniş muxtariyyət vəd edib, amma yenə də məkrli düşmən öz mövqeyindən geri çəkilməyib.
ATƏT-in Minsk
Qrupu həmsədrləri isə münaqişənin həllinə turizm kimi yanaşmaqda davam edirlər.
VİP xidmət, biznes klass təyyarə biletləri, beş ulduz hotellər və qayğısız həyat
Dağlıq-Qarabağ münaqişəsini sanki onlar üçün bir turizm marşrutuna çevirib. Belə
görünür ki, onlar status-kvonun qalmasında və turizm fəaliyyətlərini davam etdirmək
niyyətindədirlər. Buna çox təəssüf edirik.
ATƏT-in Minsk
Qrupu Ermənistanı işğalçı olduğuna görə müdafiə etməkdən vaz keçməlidir. Azərbaycanla
bağlı ritorikalarına isə diqqətli yanaşmalıdır. Çünki, Azərbaycan işğalçı yox,
zərərçəkən tərəfdir.
BMT-nin qəbul
etdiyi 4 qətnamə yerinə yetirilməmiş qalır. Əgər qətnamə yerinə yetirilməyəcəksə
və BMT öz qərarına özü hörmət etmirsə, o zaman dünyada
sülh və tərəqqidən danışmaq absurd deyilmi?
"Ağ Yol” Vətəndaş
Hərəkatı inanır ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə və vəhşiliyinə
susqun qalmayacaq və atəşkəs rejimində öldürdüyü günahsız qurbanlara görə onu
cavab verməyə məcbur edəcəklər”.