Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrimizə dəstək olanlara təşəkkür edib. 

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər Müdafiə Nazirliyinin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur:

"Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır".