Nazirin oğluna dərhal hərbi xidmətə yollanmağı tövsiyə edən çağırış vərəqəsi gəlib. Amma bu, azərbaycanlı nazirin oğlu deyil. 


Mia.az Virtualaz.org-a  istinadən xəbər verir ki, Ukraynanın müdafiə nazirinin oğlu orduya çağırılıb. Bu məlumatı müdafiə naziri Valeri Geletey öz facebook səhifəsində paylaşıb.

"Bu gün (avqustun 1-də-red.) oğluma orduya çağırış vərəqəsi gəldi. Oğlum hazırda Kiyevdə deyil. Amma o, əlindəki bütün işləri yarımçıq qoyub dərhal Kiyevə gələcək və hərbi komissarlığa yollanacaq” -  deyə Ukraynanın müdafiə naziri öz facebook hesabında yazıb.

Azərbaycanda isə nazirlər belə şeyləri nəinki yazmırlar, bu haqda heç şifahi söhbətlər eləməyi də sevmirlər...