Dövlət qeydiyyatı olmayan
"Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus və həyat yoldaşı
Arif Yunusun ermənilərlə işbirliyində olması və vətənə xəyanətdə ittiham
olunması Azərbaycanı insanlarını çox narahat edib.
"Ağ Yol” Vətəndaş Hərəkatı onların Azərbaycanın beynəlxalq imicinə zərbə vuran fəaliyyətini qınayır və ermənilərlə Azərbaycan əleyhinə əməkdaşlıq etməsini qətiyyətlə pisləyir:
"Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Neçə-neçə əsgərimiz erməni gülləsinin qurbanı olub. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, vətəndaşlarımızi yerindən-yurdundan məhrum edib və bu gün də vətənimizə qarşı məkrli siyasətini davam etdirir. Düşmənlə işbirliyində olmaq, onun dəyirmanına su tökmək və xarici qrantlar almaq naminə ağa qara demək Azərbaycan insanına yaraşan hərəkət deyil. "Ağ Yol” Vətəndaş Hərəkatı nəinki Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu, o cümlədən ermənilərlə layihələr həyata keçirən, Ermənistanı ziyarət edən və onların xəyanətinə haqq qazandıran hər bir Azərbaycan vətəndaşını qınayır.
Bu gün Azərbaycan dövləti Ermənistan üzərində həm diplomatik, həm də hərbi üstünlük qazanmaq üçün əlindən gələni edir. Demək olar ki, Ermənistanın güclü diasporunu Azərbaycan hakimiyyəti az qala dizi üstə gətirib. Belə olan şəraitdə, ermənilərin xeyrinə hərəkət etmək, onların işğalına haqq qazandıracaq addımlar atmaq vətənimizə qarşı pis hərəkətdir.
"Ağ Yol” Vətəndaş Hərəkatı torpaqlarımız azad olunmayana qədər ermənilərlə bütün növ işbirliyinə qarşıdır. İnanırıq ki, indiki halda Xalq Diplomatiyası adı altında bütün növ fəaliyyətlər Ermənistanın xeyrinə işləyir və Dağlıq Qarabağı bizdən uzaqlaşdırır. Buna görə də Xalq Diplomatiyası adı altında olan bütün fəaliyyətlərə son verilməlidir.
"Ağ Yol” Vətəndaş Hərəkatı hakimiyyətdən bu cür halların qarşısını almağı istəyir və ümid edir ki, hakimiyyət bu tip məsələlərdə daha da qətiyyətli olacaq".