BMAM Sədri Rufiz
Qonaqov Hindistan səfiri Dr. B. M Vinod Kumar və Rusiya Səfirliyinin Baş Məsləhətçisi
Aleksander E. Qladkov və Səfirliyin 2-ci katibi xanım Orlova Oksana
Aleksandrovna ilə görüşüb.
Mia.az-a verilən məlumata görə, Beynəlxalq Münasibətlərin Araşdırlması Mərkəzində
Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dr. B.M. Vinod
Kumar, Rusiya Federasiyasının ölkəmizdəki Səfirliyinin Baş Məsləhətçisi
Aleksander E. Qladkov və Səfirliyin 2-ci katibi Orlova Oksana Aleksandrovna ilə
görüş keçirilib. Görüşdə BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri
arasında əməkdaşlığın vacibliyini, hər iki ölkənin Azərbaycana dost olduğunu
vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən,
dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən
danışmışdır. Rufiz Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanına QHT-lərə Dövlət Dəstəyi
Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə
dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını
qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər.
Hindistan səfiri Dr. B. M. Vinod Kumar, Rusiya Səfirliyinin Baş Məsləhətçisi
Aleksander E. Qladkov və Səfirliyin 2-ci katibi Orlova Oksana Aleksandrovna
görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrin
vətəndaş cəmiyyətləri arasında daha da gücləndirilməsini dəstəklədiklərini
bildiriblər. Eyni zamanda diplomatlar BMAM-ın belə təşəbbüslərini alqışlamış və
əməkdaşlıq üçün öz Səfirlikləri tərəfindən hərtərəfli dəstək veriləcəyini bəyan
etmişlər.
Görüşdə eyni zamanda BMAM Xarici Əlaqələr Sektorunun Müdiri Şəhla Cəlilzadə,
Sədrin Müşaviri Əziz Heydərov da iştirak etmişdir.