Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının əsas simalarından olan Mehmet Ali Şahin millət vəkili Hakan Şükürü sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, Mehmet Ali Şahin Hakan Şükürün həbsxanada paralel dövlət yaratmaqda ittiham olunan polis əməkdaşlarına baş çəkməsini axmaqlıq adlandırıb: 

"Yalnız kəllə ilə qol vurmuş Hakan Şükürün belə bir axmaqlıq etməsinə təəccübləndim. O AKP-dən niyə uzaqlaşdığını özü açıqlayıb. İndi Hakan Şükürün təhlükəsizlik işçilərini təcridxanada ziyarət etməsi "paralel dövlət" iddiasını gücləndirmiş olur".