Azərbaycan Dövlət
İqtisad Universitetində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün
"Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramını müvəffəqiyyətlə
bitirənlərin sertifikatının təqdimetmə
mərasimi keçirilib.
Universitetin Mətbuat
Xidmətindən Mia.az-a verilən məlumata görə, tədbirdə
ADİU-nun
rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin
müşaviri İlham Pirməmmədov və Orta ixtisas təhsili sektorunun rəhbəri Kərim
Mikayılov iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor kredit sistemi ilə tədrisin ADİU-da
müvəffəqiyyətlə tətbiq edildiyini bildirib. Təlim zamanı dinləyicilərin kredit sistemində
Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar, tədris prosesinə nəzarətin
təşkili, semestr ərzində tələbənin biliyinin qiymətləndirilməsi, imtahanlara
hazırlıq və keçirilməsinin təşkili haqqında ətraflı biliklər əldə etdiklərini
vurğulayıb. Dinləyicilər həmçinin tələbə və müəllim mobilliyi, "Qeydiyyat bölməsi”,
apellyasiya komissiyasının fəaliyyəti, təcrübə, yay semestri, yekun dövlət
attestasiyasının təşkili haqda da məlumat əldə ediblər.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında qeyd edib ki, Təhsil nazirliyinin xətti ilə təşkil olunan "Orta ixtisas təhsil
müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi təşkil olunan təlimdə 54 kollecden 62
nümayəndə iştirak edib.
Tədbirin sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara
sertifikat təqdim olunub.