"Qarabağ" futbol klubunun bu mövsüm Portuqaliyanın yüksək liqa təmsilçisi "Maritimo"dan transfer etdiyi braziliyalı Danilo Dias facebook profilində həyat yoldaşıyla olan fotosunu paylaşıb.

MİA Az News.az-a istinadən xəbər verir ki, bir müddət öncə paylaşılan dodaq-dodağa olan bu foto azarkeşlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Dias dünən Ağdam təmsilçisinin Malta "Valletta"sı ilə keçirdiyi oyundakı qollardan birinin müəllifi olmuşdu. Həmin fotonu təqdim edirik.