Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi "Neftçi” də məhz bu mərhələdən mübarizəyə qoşulub.
Böyükağa Hacıyevin komandası öz meydanında Sloveniyanın "Koper” klubunu qəbul edib. Bu görüşdə "Neftçi" 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftədən sonra Sloveniyada oynanılacaq.
Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunları
20:00.”Neftçi” (Azərbaycan) – "Koper” (Sloveniya) - 1:2
Baş hakim: Denis Şerbakov (Belarus)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
Qollar: Qaleşiç, 24 (0:1), Palçiç, 41 (0:2), Araz Abdullayev, 45+1 (2:1)
"Neftçi": Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi, Məqsəd İsayev, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Kaue Sesilyo, Ernest Nfor
"Koper": Radoseviç, Blaziç, Qubares (k), Haliloviç, Hadziç, İvetiç, Çrniqoy, Palçiç, Çovilo, Qaleşiç, Ştromajer