Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 22 İyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli
media nümayəndələri! Əziz mətbuat işçiləri!
Müstəqil Azərbaycanın Milli Mətbuat günü
münasibətilə Sizi təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə hamınıza
uğurlar arzulayıram.
Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür. Ötən müddət ərzində
Azərbaycan mətbuatı uzun, keçməkeşli və şərəfli bir yol keçmişdir. Zamanından və
tarixi şəraitdən asılı olmayaraq mətbuatımız həmişə xalqımızın mədəniyyətinin və
tarixinin keşiyində durmuş, çoxəsrlik milli ənənələrimizin qorunub
saxlanılmasına böyük töhfələr vermişdir. Müstəqil,
demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan müasir Azərbaycan dövlətinin
bütün sahələrində olduğu kimi, mətbuat və
informasiya sistemi də demokratik prinsiplərə söykənərək ciddi uğurlara imza atır.
Dəyərli mətbuat işçiləri!
Sizi bir daha bu əlamətdar gün münasibətilə anavətənçilər adından təbrik edir,
respublikamızda və dünyada baş verən
hadisələrin cəmiyyətə və ölkəmizdə gedən demokratik dəyişikliklərin beynəlxalq aləmə çatdırılmasında,
geniş analitik təhlillər aparılmasında sizlərə yüksək professionallıq və əsl vətənpərvərlik mövqeyi göstərməyi, oxucuların sevgi və yüksək
etimadını qazanmağı arzulayıram.