Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti
Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan
bölgələrə... Bölgələrdən paytaxta...” adlı layihə çərçivəsində "Bölgələrdən
səslər” ədəbi toplusu işıq görəcək.
Layihə Azərbaycanın
müxtəlif bölgələrində fəaliyyət göstərən yaradıcı gənclərin ədəbi örnəklərinin
toplanması, istedadlı gənclərin daha geniş ədəbi mühitə təqdim edilməsi, paytaxt gəncləri ilə bölgədə yazıb yaradan
yazarlar arasında ədəbi-mədəni ilişkilərin daha da intensiv və geniş xarakter
almasını nəzərdə tutur.
Topluda öz ədəbi örnəklərini görmək diləyində olan
(30 yaşınadək) müxtəlif bölgələrdə
yaşayan gənclər avqust ayının 15-ə kimi dgtyb@box.az,
efsanebayram@gmail.com və intiqam.cavansir@mail.ru elektron
ünvanlara tələb olunan sənədləri Times New Roman 12 şrifti ilə göndərə
bilərlər. Arzu olunur ki, topluya başqa dövri nəşrlərdə çap olunmayan əsərlər
təqdim edilsin.
n - Bir
ədəd şəkil
n *Qısa
özkeçmiş
n *Poeziya
(maksimum 7 örnək)
n * Nəsr
( maksimum 3 örnək )
Qeyd edək ki, münsiflər heyəti göndərilənlər
içərisindən səsverməyə əsasən ən yaxşı hesab etdiyi poeziya və nəsr örnəklərini topluya daxil
edəcək.