Türkiyənin İzmir şəhəri yaxınlığında Ege dənizində batmaq üzrə olan rezin qayıqdakı miqrantlar xilas edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Komandalığın məlumatına görə, Seferihisar mahalı sahillərində rezin qayıqdan xilas olunan miqrantlar deport edilmələri üçün İzmir Köç İdarəsinə təhvil verilib: "14-ü uşaq olmaqla, 46 qanunsuz miqrantlar Yunansıtana, oradan isə avropa ölkələrinə keçməyə can atıblar. Lakin rezin qayıq yükə davam gətirməyərək zədələnib və nəticədə batma təhlükəsi yaranlb. Məlumat üzərində xilasedicilər bölgəyə yetişərək, onları xilas ediblər...."

Zülfiyyə Mustafayeva
 

MİA.AZ