"İsrail atəşkəs razılaşmasını bir neçə dəfə pozub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Livanın qanuni ordusu yayıb.
Livan ordusundan bildirilib ki, noyabrın 27-si səhər qüvvəyə minən atəşkəs razılaşması 2 gün ərzində İsrail tərəfindən bir neçə dəfə pozulub: "Onlar Livan ərazisini hava zərbələri və müxtəlif silahlarla hədəfə alıblar. 2 nəfər yaralanıb, dağıntılar var".
Livan ordusu "Hizbullah" qruplaşmasının atəşkəsin pozulmasna zəmin yaradıb-yaratmadığı haqda informasiya verməyib.
Firudin Səfərli
MİA.AZ