İndoneziyanın Sumatra adasında leysan yağışlar təbii fəlakətə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü yağış adada bir yolda torpaq sürüşməsi yaradıb.

Məlumata görə, turistləri daşıyan avtobus torpaq altında qalıb: "Nəticədə 7 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Hələ də torpaq altında qalanlar var. Axtarış-xilasetmə işləri davam edir".

Onu da qeyd edək ki, noyabrın 25-26-da Sumatra adasında oxşar hadisə baş verib və bu zaman 20 nəfər ölüb.

Tahir Şəlvəli

MİA.AZ