ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evlə yeni komandanın yanvarın 20-də baş verəcək hakimiyyət dəyişikliyindən əvvəl nazirlik və qurumlarda təhvil alacaqları komanda ilə görüşməsinə imkan verəcək anlaşma memorandumu imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Trampın administrasiyasının aparat rəhbəri vəzifəsini icra edəcək Susie Viles məlumat paylaşıb.

O, artıq "Keçid qrupu"nun prezident Co Baydenin Ağ Ev komandası ilə anlaşma memorandumu imzaladığını təsdiqləyib: "Bu əməkdaşlıq kabinetimizə namizədlərimizə kritik hazırlıqlara, hər bir departamentə və agentliyə yeni komandaların yerləşdirilməsinə və hakimiyyətin nizamlı şəkildə ötürülməsinə başlamağa imkan verəcək. Biz tezliklə, federal qurumlara və idarələrə inteqrasiya ediləcək komanda üzvlərimizn siyahısnı qarşı tərəfə verəcəyik".

Zülfiyyə Mustafayeva
MİA.AZ