Türkiyə prezident Ərdoğan bu gün lideri olduğu AK Partiyanın deputat fraksiyası ilə toplantısından sonra dəhlizdə jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, o, MHP lideri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanın parlamentə çıxışa dəvət etməsi barədə suala maraqlı cavab verib.
Döbvlət başçısı bildirib ki, MHP lideri indiyə qədərki əzbərləri pozan siyasi addım atıb: "Hörmətli Baxçalı ilə hər mövzuda uyğunluq və koordinasiya içində hərəkət edirik. Onun Abdullah Öcalanla çağırışı Cumhur İttifaqanın ortaq siyasi baxışını əks etdirir. Cənab Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb. Prezident olaraq, bu məsələni bütün aspektləri ilə, siyasi, sosial və regional nəticələri ilə bağlı diqqətlə və sakit şəkildə analiz edirik. Önümüzdəki tablo çox da ümidli olmağa imkan vermir. Əvvəllər demişdim ki, silahları gömərlərsə, həmn anda yolunuz açılacaq, bu dövlətin əli sizin çiyninizdə olacaq. Yox, silahları yerə qoymazsan, zatən son terrorçunu yox edənə qədər mübarizəmiz davam edir, edəcək”.
Ərdoğan onu da deyib ki, artıq DEM Partiyasına Öcalanla görüşə şərait yaradılıb: "Onlar görüşürlər".
Lamiyə Əhmədli
MİA.AZ