MHP sədri Dövlət Baxçalı bu gün partiyasının parlamentdəki qrup toplantısında PKK terror qrupunun İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanla bağlı çağırışını yeniləyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baxçalı DEM Partiyası rəhbərliyinin gecikmədən Öcalanla görüşüb, 40 ildən çoxdur davam edən terror probleminin birdəfəlik həllinə çalışmalarını tələb edib: "Kürdləri türklərdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və çılğınlıqdır. Bizim gələcəyimiz birdir, terroru tamamilə gündəmimizdən çıxarmaq üçün əl-ələ verib ürəyimizi yoğrumalıyıq. Kandildən dəmlənənlər artıq öz qərarını verməlidirlər. Onlar ya qədərin, ya da terrorun yanıdna olduqlaırnı göstərməlidir. MHP hər zaman sözünün arasındadır. Biz 22 oktyabrda nə dediksə, arxasındayıq. DEM partiya liderləri İmralıya getməli və ilə Öcalanla danışmalıdır".
MHP sədri Dövlət Baxçalının “İmralı ilə üz-üzə təmas olmalıdır” çağırışına DEM-dən cavab gecikməyib. DEM Partiyasının həmsədri Tuncer Bakırhan deyib ki, artıq belə bir görüş üçün Ədliyyə Nazirliyinə yazılı ərizə verilib.
Xatırladaq ki, MHP lideri Öcalanın parlamentə gələrək DEM Partiya fraksiyasının qarşısında çıxış edib, terrorun bitdiyni söyləməsini istəyir: "O, eyni zamanda, PKK-ya silahları yerə qoymaları haqda çağırış etməldir"
Firudin Səfərli
MİA.AZ