Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell G7 iclasından əvvəl İsrailə Livanla bağlı təzyiq göstərməyə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq səlahiyyət müddəti bitən Borrel Livana səfərinə toxunaraq, oradakı dəhşətli vəziyyətdən narahatlığını ifadə edib.

Borrel bildirib ki, İsrail ABŞ və Fransanın vasitəçiliyi ilə atəşkəs sazişini imzalamamaq üçün heç bir bəhanə tapa bilməz: "Atəşkəsin tətbiq edilməməsi üçün heç bir bəhanəyə yer yoxdur. İsrail isə açıq şəkildə meydan oxuyur və dayanmır. Bu isə o deməkdir ki, Livan dağılacaq. İndiyədək təxminən 4 min mülki qurba var, Livanın cənubu və paytaxtın bir hissəsi artıq tamamilə dağıdılıb. Bu gün gəlin İsrailə təzyiq edək ki, atəşkəs təklifini təsdiq etsin. Mən İsrail hökumətinin ekstremist nazirlərindən müharibəni, bombardmanları davam etdirmək istəyən səsləri eşitmişəm. Hər gecə Beyrut şiddətli şəkildə bombalanır. Artıq bəhanələr, əlavə tələblər yoxdur. Müharibəni dayandırın, sülh haqqında düşünməyə başlayaq".

Samir Musayev
MİA.AZ