Yeni Zelandiyada qəribə hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəlli olmayan səbəblərdən 30-dan çox balina sahilə çıxıb.
Məlumata görə, sonradan dənizə geri dönməyə zorlanan balinaları xilas etmək üçün xilasetmə işləri başlayıb: "Yeni Zelandiyanın şimalındakı Ruakaka çimərliyində sahilə çıxan 30-dan çox balina yerli müvafiq qurumlar tərəfindən xilas edilib. Onlar yenidən suya geri qaytarlılıb. Təıəəssüf ki, üç böyük və bir balaca balına isə ölüb. Onları xilas etmək mümkün olmayıb".
Xatırladaq ki, Yeni Zelandiya dünyada balinaların ən çox sahilə çıxdığı ölkələrdən biridir. Hər il orta hesabla 85 belə hadisə qeydə alınır. Ancaq bunun səbəbi hələ də tam dəqiqləşməyib.
Lamiyə Əhmədli
MİA.AZ