Türkiyənin 18 şəhərində eyni vaxtda İŞİD terror təşkilatı mənsublarına qarşı uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "GÜRZ-26" kod adlı əməliyyatla 54 şübhəli saxlanılıb.
Bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. O, uğurlu əməliyyata görə polis qurumlarına minnətdarlıq edib.
Nazir bildirib ki, saxlanılan 54 şübhəli şəxsdən 20-si haqda həbs qətimkan tədbiri seçilib: "11-i barəsində ev dustaqlığı qərarı çıxarılıb. Qalan 23 nəfərin ifaələri hələ də alınır, ətraflarında istintaq hərəkətləri davam etdirilir".
Firudin Səfərli
MİA.AZ