Bu gün HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının şimal-qərbindəki İsrail hərbçilərinə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tevam bölgəsində baş verən hücumda İsrailin 10-dək hərbçisinin öldürüldüyü iddia olunub.
"Kassam Tuqayları" bu barıdı Telegram kanalında xəbər yayaraq, İsrail hərbi birliyini raketlə vurduqlarını bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ