Türkiyə futbolunun təcrübəli məşqçilərindən olan Mustafa Dənizli "HT Spor"un canlı yayımında şok açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Eyüpspor"un baş məşqçisi Arda Turanla bağlı maraqlı proqnoz verib.

Dənizli deyib: "Bir kanalda təsadüfən rastlaşdım. "Eyüpspor"un 3 futbolçusu bu həftə sarı vərəqə aldı və "Qalatasaray" matçında oynaya bilməyəcək. Bu. nə deməkdir? Niyə belə oldu? Bu, nə oyundur?"

Aparıcı M.Dənizlinin bu təəccüb yaradan sözünə "Hə, Arda da özünü qovdurmaq istədi, amma onu qovdura bilmədi, bir də var ki, Ardanın olmadığı "Eyüpspor" hansı matça çıxdısa, qalib gəlib...", replika atıb.

Mustafa Dənizli isə bütün "nəzəriyyələr"in mıntiqli olmadığını qeyd edib və Arda ilə bağlı maraqlı proqnoz verib: "Əgər Arda "Qalatasaray"a qalib gəlsə, "Qalatasaray"ın yolu açılacaq".

Fərid ASLAN

MİA.AZ