"Hazırda bir özüm, bir də övladım üçün yaşayıram. Qaradşımla heç bir əlaqəm yoxdur. Onunla danışmağımız mümkün deyil".
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Bizimləsən" verilişində deyib. Qardaşı ilə küsülü olan aktrisa onu məhkəməyə verməsindən danışıb:
"Anam rəhmətə gedəndən sonra məni ləyaqəsiz vərəsə kimi məhkəməyə verdi. Anam öləndən sonra qapıma gəldilər, bağışladım. Bilmədim ki, pambıqla baş kəsirlər. Təşəkkür edirəm, məhkəmə iddianı qəbul etmədi. Bizim barışığımız mümkün deyil. İnsan kənardan özünü qoruya bilir, amma ağacı qurd içindən yeyər. Özününkü sənə arxadan zərbə vuranda heç nə edə bilmirsən".