Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub.

Mia.az-ın məlumatına görə, dövriyədə ən böyük pul vahidi 200 TL-lik olan Türkiyə milli valyutasının son illər sürətlə dəyər itirməsi Mərkəzi Bankı tədavülə yeni əskinazlar buraxmağa vadar edib.

Hazırda ən böyük pul vahidi 200 lirənin 6 dollar səviyyəsində olduğunu nəzərə alsaq, bunun bir çox əməliyyatlarda bəlli çətinliklər üzə çıxardığı deyilir: "Mərkəzi Bank bu və ya digər məqamları nəzərə alaraq, dövriyəyə  yeni 500 və 1000-lik əskinazlar buraxmaq üzrədir".

Xəbərdə deyilir ki, yeni əskinazlar yaxn vaxtlarda dövriyədə olacaq

Əzizə Hakverdi

MİA.AZ