İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində yenidən reydlərə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi açıqlama yayıb.

Dərnəkdən qeyd olunub ki, İsrail ordusunun axşam saatlarından etibarən Hebron, Cenin, Nablus, Tulkərim və Yerixo şəhərlərinə basqınları artırıb: "İsrail əsgərləri səbəsiz fələstinlilərin evlərinə girir, onların evlərini dağıdır, əşyalarını qırır, onları döyür, təhqir edirlər. Son əməliyyat zamanı ilkin məlumata görə, daha 12 nəfər tutulub. Onların hara aaprıldığı bəlli deyil".

Xəbərə görə, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə 11800-dən çox fələstinli saxlanılıb.

Tahir Şəlvəli

MİA.AZ