Bu gün PKK/KCK terror təşkilatı Suriyanın Ayn Əl Ərəb bölgəsindən Türkiyənin nəzarətində olan “Zeydun budağı" əməliyyatı bölgəsinə minaatanlarla hücum edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çarık kəndinə atılan mərmi bir azyaşlı uşağın ağır yaralanmasına səbəb olub.
Məlumata görə, uşaq dərhal xəstəxanaya aparılıb: "Oğlanın vəziyyəti çox ağırdır...".
Xəbərdə deyilir ki, Türkiyə hərbçiləri adekvat cavabla terrorçuları susdurublar...
Firudin Səfərli
MİA.AZ