İsrail ordusu Qəzza zolağını növbəti dəfə bombardman eləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza şəhərinin Zeytun rayonu, şimalda Kemal Advan xəstəxanasının ətrafı, mərkəzi hissədə Bureyc Qaçqınlar Düşərgəsi və Nusayrat Qaçqınlar Düşərgəsi, cənubda Xan Yunusun bombalanması nəticəsində azı 23 mülki sakin həlak olub, 50-dın çox isə yaralanan var: "Təəssüf ki, ölənlərin arasılnda qadın və uşaqlar da var..."
Məlumatda deyilir ki, hücumlar təyyarələr, PUA-lar və raket sistemləri ilə həyata keçirilib.
Tahir Şəlvəli
MİA.AZ