Pakistanda son aylar tez-tez baş verən teror aktının siyahısna bu gün daha biri əlavə olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayber-Paxtunxva əyalətində həyata keçirilən bombalı hücumlarda biri polis və bir mülki şəxs həlak olub, yaralananlar var.
Pakistan mətbuatı yazır ki, vilayətin Bacaur bölgəsində iki ayrı "bombalı hücum" baş verib: "Bununla yanaşı, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində silahı dəstələrə qaşrı əməliyuyatda 7 terrorçu öldürülüb".
Xatırladaq ki, noyabrın 21-də Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan avtobus atəşə tutulub, nəticədə 42 nəfər həyatını itirib.
Samir Musayev
MİA.AZ