Ölkədə əsasən suriya və əfqan miqrantlarınn qovulmasını tələb etməklə tanınan Türkiyədəki Zəfər Partiyasınn sədri Ümit Özdağ özünə qarşı sui-qəsd hazırlığı olduğunu iddia edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bunu əngəllləmək üçün Daxili İşlər Nazirliyindən ən azı 6 polis tələb edir.

Partiya sədrinin sözlərinə görə, onu qorumaq üçün cəmi bir polis ayrılıb ki, bu da onun həyatın qorumağa yetməz: “Mənim mövqeyimdə  olan, daim təhdid altında olan bir partiya liderini ən azı altı polisin qoruması lazımdır. Bunu bir polisi bacara bilməz. Məni daha ciddi qorumaq üçün sistem, yanaşma dəyişməlidir. Bunun üçün dəfələrlə Daxili İşlər Nazirliyi ilə danışdım. Bəli, Türkiyədə xaos yaratmaq istəyənlərin hədəf ala biləcəyi 5 nəfərdən biriyəm. Mənə sui-qəsd olarsa və ölərəmsə, buna üç məsul var: tətiyi çəkən şəxs və təşkilat, əmri verən kəşfiyyat xidməti və Daxili işlər Nazirliyi...".

Xatırladaq ki, 3.2 faiz civarında seçici dəstəyi olan Ümid Özdağ son prezident seçkilərində Kamal Kılıçdaroğlunu dəstəkləyib. 

Firudin Səfərli

MİA.AZ