İsrail ordusu ötənaxşam qısa fasilələrlə Livanın paytaxtı Beyrutun cənubuna - "Hizbiullah"ın mərkızi qalası sayılan Dahiyəyə 4 dəfə şiddətli hava zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.
Agentlik yazıb ki, İsrail döyüş təyyarələri Dahiyənin əsasən Qubeyri və Hureyk bölgələrini bombalayıb: "Gecə saatlarında İsrail ordusu Dahiyəyə qarşı qısa fasilələrlə ard-arada 4 hücum həyata keçirib. Bölgə alova qərq olub. Hələ də ölən və ya yaralananlar haqqında məlumat almaq mümkün olmayıb"
Xatırladaq ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bəri İsrailinhücumu nəticəsində 3645 nəfər ölüb, 15355 nəfər yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ