Dünən Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı İsrailin baş naziri Netanyahu Roma Statutuna üzv olan 124 ölkədən hər hansı birinə səfər edərsə, həbs olunma riski daşısa da, hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın baş naziri Viktor Orban buna əhəmiyyət vermək niyyətində deyil.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa, Hollandiya, İtaliya və Belçika Netanyahunun ölkələrinə gələcəyi təqdirdə həbs ediləcəyini bəyan etsə də, Macarıstanın baş naziri Viktor Orban bunun tam əksini bəyan eidb.
O, Netanyahunu müdafiə edib və həbs qərarının ölkəsi üçün vacib olmadığını deyib: "Məhkəmə odun üstünə benzin tökdü. Bu səbəbdən İsrailin baş naziri Netanyahunu bu gün Macarıstana dəvət edəcəyəm. Əgər o, gəlsə, ona məhkəmə qərarının burada heç bir təsiri olmayacağına zəmanət verəcəm. Burada yalnız Macarıstan-İsrail ikitərəfli əlaqələri müzakirə olunacaq".
Lamiyə Əhmədli
MİA.AZ