Bu gün İsrailin Livanın cənubuna hücumunda daha iki tibb işçisi həyatı ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Livanın Səhiyyə Nazirliyi təsdiqləyib.

Qeyd edilib ki, tibb işçiləri Aralıq dənizinin sahilində yerləşən Sur şəhərində avtomobillə hərəkətdə olarkən vurulublar.

Xəbərdə deyilir ki, bununla da 2023-cü il oktyabrın 8-dən bəri həlak olan tibb işçilərinin sayı 214-ı yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ