İsrail ordusu bir aydan çox mühasirədə saxladığı Qəzza zolağının şimalında Beyt Lahiyadakı Kemal Advan xəstəxanasının elektrik generatorunu sıradan çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Xəstəxananın direktoru Hüsam Əbu Safiyye açıqlama verib.
O bildirib ki, xəstəxana bağçasındakı elektrik generatoru PUA ilə vurulub: "Generatora böyük ziyan dəyib. Bilirsiniz, xəstəxananın fəaliyyəti hazırda bu generatordan asılıdır. Çünki bura bir aydan çoxdur elektriki kəsilmiş və mühasirə altında olan bir yerdir".
Direktor deyib ki, generatoru təmir edib-edə bilməyəcəklərini bilmir.
Tahir Şəlvəli
MİA.AZ