Rusiya prezidenti Vladimir Putin Şimali Koreya liderinə aralarında aslan və boz ayı da daxil olmaqla, 70-dən çox heyvan və quş çeşidindən ibarət  hədiyyə göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov 70-dən çox heyvanın olduğu hədiyyəni yük təyyarəsi ilə Pxenyana gətirib: "Heyvanlar arasında bir aslan, iki boz ayı, iki yak, beş kakadu, bir neçə qırqovul, mandarin ördəyi  və sairlər var".

Məlumata görə, nazir Kozlov paytaxt Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla da görüşüb.

Yeri gəmişkən, Putin 2024-cü ilin əvvəlində Şimali Koreya lideri Kimə 24 damazlıq at hədiyyə edib.

Samir Musayev
MİA.AZ