Türkiyə Xarici İşlər Nazirliyi bu gün İsrailin Qəzzada 88 nəfərin ölümünə səbəb olan bombardmanı ilə bağlı bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda Qəzzanın Beyt Lahya bölgəsində xəstəxana və ətrafına endirdiyi hava zərbələri pislənib: "Əksəriyyəti uşaq və qadın olan onlarla fələstinlinin qətliamını şiddətlə qınayırıq".

Rəsmi Ankara daha sonra Qərb ölkələrinə səslənib: "İsrailə silah embarqosu tətbiq edilməlidir...".

Lamiyə Əhmədli

MİA.AZ