Türkiyənin ən böyük şirin su ehtiyatlarından biri olan İznik gölü sürətlə quruyur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin ən böyük 5 gölündən biri olan İznik gölünün quruması nəticəsində 6 il əvvələ qədər gəmilərin yanaşdığı və sərnişin götürdüyü estakada "havada qalıb".

Məlumata görə, Mərmərə bölgəsinin birinci, Türkiyənin isə beşinci ən böyük təbii gölü olan, təxminən 300 kvadrat kilometrlik İznik gölünün su səviyyəsi son illərdə azalmaqdadır: "Kənd təsərrüfatının suvarılmasında da istifadə olunan göldə bəzi hissələrdə su 150 metrədək çəkilib. Artıq quruma səbəbindən gölün ətrafında kiçik adalar əmələ gəlib".

Xəbərə gərə, suyun çəkilməsi ilə birlikdə 2014-cü ildə göl sahilindən 20 metr aralıda 1,5-2 metr dərinlikdə tapılan və təxminən 1600 il əvvəl Müqəddəs Neofitos adına tikildiyi təsbit edilən batmış bazilika qalıqlarının çoxu su səviyyəsinin üzərində qalıb.

Lamiyə Əhmədli

MİA.AZ