"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur".

Bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.