"AccessBank"da yerləşdirilən depozitlər "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ADİF) tərəfindən sığortalanmır.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, sözügedən bankın təşkil etdiyi aksiya üzrə yerləşdirilən əmanətlər riskli əmanət kimi hesab olunur. Belə ki, təşkil olunan aksiya üzrə xarici valyutada "Accessbank"a yerləşdirilən depozitlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq qorunmur. Qanuna görə vətəndaşların Fondun iştirakçı banklarına yerləşdirdiyi depozitlərin illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada isə 2.5%-dən çox olmamalıdır.
Fond iştirakçısı olan "Accessbank"da aksiya üzrə xarici valyuta əmanətində 6 aylıq yerləşdirilən depozitə faizlər aylıq ödənildiyi zaman 3.5%, müddətin sonunda ödənildikdə isə 4% illik faiz dərəcəsi ödənilir. Bu da yuxarıda qeyd olunan Azərbaycanın “Əmanətlərin sığortalanması haqqında” qanuna ziddir.
Qeyd edək ki, bu kimi aksiya təşkil edən "Amrahbank"ın lisenziyası ləğv olunduqdan sonra əmanətçilərin vəsaitləri geri qaytarılmamışdı./Kommersant.az