PKK/KCK-nın daha bir məsul üzvü zərərsizləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kəşfiyyat (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK-nın sözdə liderlərindən sayılan Serhat Taqayı məhv edib.
Məlumata görə, "Mervan Hizan" kodlu Serhat Tagayı bimüddət imiş addım-addım izlənilib və münasib zamanda PUA zərbəsiylə vurulub.
Xatırladılıb kik, Serhat Taqay 2014-cü ildə PKK/KCK-ya qoşulub. O, qondarma təşkilatın logistik fəaliyyətinə cavabdeh olmaqla yanaşı, 2015-2016-cı illərdə İraqın Qara bölgəsndə hərbi və ideoloji təlim keçib. Bu müddət ərzində o, Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox terror aktlarına qatılıb. O, 2020-2021-ci illərdə Suriyada YPG-nin tərkibində fəaliyyət göstərib. O, son olaraq təşkilatın İraqda idarə heyətində çalışan yüksək səviyyəli üzvlərinin cangüdəni kimi fəaliyyət göstərib.
Firudin Səfərli
MİA.AZ