Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına növbəti ağır zərbəni vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində keçirilən əməliyyatla daha 3 PKK terrorçusu zərərsizləşdirilib: "Yorulmadan mübarizəyə davam edirik. Terrorun mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik".

Firudin Səfərli
MİA.AZ