İsrail ordusu İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün günortadan sonra evlərə basqını davam etdirən İsrail hərbçiləri bununla yanaşı, Şərqi Qüdsün Cəbəl əl-Mükəbbir rayonundakı Şeyx adı verilmiş məscidi söküb.

İsrail hərbçiərinin mühafizəsi altında aparılan söküntüyə belə izah verilib: "Məscid qanunsuz və icazəsiz tikilib...".

Fələstin Əsirlər Dərnəyindən isə bildirilib ki, məscidin sökülməsinə etiraz edən Hebron, Qalkilya, Tubas, Tulkərim və Ramallahda daha 12 fələstinli qandallanıb.

Tahir Şəlvəli

MİA.AZ