Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində həbs qətimkan tədbiri uzadılıb.
Mia.az xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə müstəntiqin vəsatəti əsasında Emin İbrahimov barəsində tədbir daha 2 ay uzadılıb.
Qeyd edək ki, Emin İbrahimov bu ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun, iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Emin İbrahimov 2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. O, 2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib(Report).