Türkiyədə qandonduran hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Niğde şəhərində son 2 gündə itkin düşdükləri güman olunan avtomobil ustası Ramazan Özkanla sevgilisi Hüsniyə Yalçının kirayə qaldıqları mənzildə cəsədləri tapılıb.

Məlumata görə, Niğdenin Bor mahalında 40 yaşlı Ramazan tərəfindən sevgilisi, 48 yaşlı Hüsniyə Yalçınla görüşmək üçün kirayələnən evin yerini öyrənən qadının əri hansısa yolla evə daxil olub.

Türkiyə mətbuatı yazır ki, Hüsniyənin əri onların əl-qollarını bağlayaraq dəfələrlə çəkiclə vurub: "İki gün sonra polislər məlumat əsasında kirayələnmiş mənzilin qapısını qıraraq, içəri daxil olarkən Ramazan Özkan və Hüsniyə Yalçının qan içində cəsədləri ilə qarşılaşıblar. Onların əl-ayaqları bağlı olması və bədənlərinə çəkiclə onlarla zərbə endirilərək öldürüldüyü aydınlaşıb".

Xəbərdə o da bildirilib ki, Ramazan Özkan da evli və 3 uşaq atası olub. Hüsniyə Yalçın da 4 uşaq anası idi...

Firudin Səfərli
MİA.AZ