"Rusiyanın bizə hücumu qlobal təhlükəsizliyi təhdid edir. Ona görə bu qlobal təhlükə qlobal cavab tələb edir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna XİN başçısı həmkarı Sybiha Böyük Britaniyanın xarici işlər naziri David Lammy ilə birgə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 1000-ci günü ilə bağlı BMT-nin Nyu Yorkdakı qərargahında keçirilən mətbuat konfransında deyib.

XİN başçısının sözlərinə görə, Rusiya artıq qışa doğru ölkəsinin enerji bloklarını vurmağa başlayıb: "Bu cür hücumlar qəbuledilməz risklər yaradır. Bu, təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükədir. Rusiya artıq bölgəyə əlavə xarici qüvvələr cəlb edib. Şimali Koreya əsgərləri artıq Avropada Avropaya qarşı döyüşür. Rusiya ilə bağlanan razılaşma əsasında onlar Avropa ərazisinə gəliblər. Buna mütləıq cavab olmalıdır".

Ukrayna XİN başçısı deyib ki, hələ müharibə başlayanda bir çoxları Ukraynanın sürətlə dağılacağını proqnozlaşdırlb: "Ancaq onlar yanıldı. Ancaq heç kim Şimali Koreya əsgərlərinin Avropada olacağını proqnozlaşdıra bilməzdi. Bir Avropa ölkəsinə qarşı döyüşmək o deməkdir. Əgər müharibə dayandırılmazsa, Rusiya bunu Avropanın digər ölkələrinə yayacaq".

Donald Trampın prezidentliyi dövründə ABŞ-da qurulacaq yeni hökumət dövrü ilə bağlı gözləntilərə gəldikdə, nazir qeyd edib ki. Amerikaya güvənirlər: "Biz ABŞ-da kimin iqtidarda olmasına baxmayaraq, hər iki partiyaya güvəniri və dəstək gözləyirik"

Sybiha Rusiya ərazisindəki hərbi hədəfləri vurmağa tam hüquqları olduqlarını da bildirib: "Bu, bizim qanuni haqqımızdır. Bu, mülki vətəndaşlarımızın həyatını xilas edəcək. Bu, həm də döyüş meydanındakı vəziyyətə çox müsbət təsir göstərə bilər".

Zülfiyyə

MİA.AZ