ABŞ-ın Nyu-York şəhərində qarşısına çıxanları bıçaqlayan "bomj" Türk Evinin qarşısında keçirilən əməliyyatla tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 51 yaşlı evsiz və tüfeyli həyat tərzi keçirən şəxs Nyu-Yorkda qarşısına çıxan insanlara bıçaqla hücum edib. 

Məlumata görə, o, hücum zamanı 2 nəfəri öldürüb, bir qadını isə ağır yaralayıb.

Nyu York Polis Departamentindən bildirilib ki, qatil heç bir səbəb olmadan insanlara hücum çəkib: "O, Türk Evinin qarşısında saxlanılıb. Türk Evinin əsas girişinə yaxın ərazidə tutulan şübhəliyə aid çanta, iki bıçaq və bir neçə cüt əlcək dəlil kimi götürülüb..."

Firudin Səfərli

MİA.AZ