Çinin Hunan əyalətində orta məktəbin qarşısında gözləyən valideyn və şagirdlərin üzərinə daha bir "avtomobil hücumu" olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, son bir hıftədə artıq oxşar 3-cü hadisədir.
Belə ki, sürücü yük maşını ilə yüksək sürətlə izdihamın üzərinə sürərərk xeyli adamın ölümünə v\ə ya yaralanmasına can atır.
Məlumata görə, dünən Hunan əyalətinin Dinqçeng rayonunda yerləşən məktəbin qarşısında baş verən hadisədə xeyli şagird və valideyn ölüb, yaralıar var.
Yayılan videolardan görünür ki, sürücü sözün həqiqi mənasında məktəbin qarşısında gözləyən insanları qəsdən "biçib".
Xəbərdə deyilir ki, Çin hüquq-mühafizə orqanları bu hadisələrin arxa qatını araşdırmağa başlayıb.
Xatırladaq ki, noyabrın 12-də Çinin cənubunda oxşar "avtomobil hücumu" nəticəsində 35 nəfər həyatını itirib. 3 gün əvvəl isə ölkənin şərqində bir məktəbə bıçaqlı şəxs hücum çəkərək, 8 nəfəri öldürüb.
Lamiyə Əhmədli
MİA.AZ