İsrail ordusu Livanın paytaxtı Beyrutun mərkəzində iki raket və PUA-larla zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.
Qeyd edilib ki, Hüseyniyyə əl-Zəhranın Əl-Balat küçəsi ərazisində 2 raket və bir PUA hücumu nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.
İddiaya görə, ölənlərdən ikisi "Hizbullah"ln vəzifəli şəxsləri olub.
Onu da qeyd edək ki, İsraillə Hizbullah arasında 2025-ci il yanvarın 20-nə, yəni, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifənin icrasına başlayacağı günə qədər 60 günlük atəşkəslə bağlı razılaşma əldə edilməsi haqda xəbər yayılıb. Bildirilir ki, bu razılaşma ilə bağlı sənəd noyabrın 21-də imzalanacaq.
Firudin Səfərli
MİA.AZ