Gələn il Azərbaycanda minimum əməkhaqqı artırılacaq.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilib ki, minimum əməkhaqqı 400 manat olacaq

Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

MİA.AZ